Alabama ştatında 3 nəfəri öldürdüyü sübut edilmiş dustağın edamı son anda təxirə salınıb.
Lent.az-ın xəbərinə görə, həkimlər Alabama ştatında zəhərli iynə ilə öldürülməli olan dustağın venasını tapa bilməyiblər.
Həkimlərin yarım saata qədər etdiyi cəhdlər heç bir fayda verməyib. Vaxt uzandığı üçün prokuror edamın dayandırılmasına qərar verib. Qanunvericiliyə görə, ölüm hökmü gecə saat 00.00-dək tam başa çatmalıdır. Bu dəfə isə edam daha uzun çəkə bilərdi.
Kameraya qaytarılan məhkum ərizə yazaraq başqa ölüm növü seçib. Bu da onun daha bir müddət həyatda qalmasına kömək edəcək.