Dünyanın ikinci ən yaşlı adamı  vəfat etdi
19 avqust 2022 21:06 (UTC +04:00)

Dünyanın ikinci ən yaşlı adamı vəfat etdi

Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Polşanın TVN24 kanalı məlumat yayıb.

1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir. 1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.

Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar