Dünyanın ən yaşlı qadını ölüb.
Lent.az xəbər verir ki, bu barədə "europe1.fr" məlumat yayıb.
119 yaşlı fransız rahibə Andre (Lucile Randon - əsl adı) Tulondakı qocalar evində ölüb.
Planetin ən yaşlı sakini yuxuda ölüb.
Andre 1904-cü il fevralın 11-də Fransada anadan olub.
O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb.
Bundan əvvəl ABŞ-ın ən yaşlı sakininin ölümü ilə bağlı xəbər yayılmışdı.