Əbdül Qədir Xan
10 oktyabr 2021 22:59 (UTC +04:00)

Əbdül Qədir Xan

"Dünyanın ən təhlükəli adamı" öldü - O, Şimali Koreya və İrana nüvə sirlərini ötürmüşdü

Pakistan nüvə proqramının atası hesab olunan nüvə fiziki Əbdül Qədir Xan COVID-19-dan ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qərb xüsusi xidmət orqanlarının əməkdaşları onu dünyanın ən təhlükəli adamlarından biri adlandırırdılar, çünki o, Şimali Koreya, İran və Liviyaya atom bombasının yaradılması üzrə texnologiyaları ötürmüşdü.

Pakistanın baş naziri İmran Xan ölkənin "milli qəhrəman"ı itirdiyini bəyan edib. "Xalqımız onu çox sevirdi, çünki onun sayəsində biz nüvə silahı əldə etmişik", - deyə Pakistan hökumətinin başçısı"Twitter" də yazıb.

85 yaşlı Əbdül Qədir Xan bir müddət əvvəl koronavirusa yoluxması səbəbindən xəstəxanaya yerləşdirilib.

Mərkəzi Kəşfiyyat İdarəsinin  keçmiş direktoru Corc Tenet Xanı 11 sentyabr 2001-ci il ABŞ-a hücumların təşkilatçısı olan Üsama bin Ladenin və dünyanın digər ölkələrində qadağan olunmuş "Əl-Qaidə" terror təşkilatının təşkilatçısı kimi "ən azı o qədər də təhlükəli" adlandırırdı.

2004-cü ildə o, İran, Liviya və Şimali Koreyaya nüvə texnologiyalarının qeyri-leqal şəkildə təqdim edilməsinə görə həbs edilib. O zaman Xan televiziya müraciətində deyib ki,"dərin peşmançılıq hissi keçirir və qeyd-şərtsiz üzr istəyir". Pakistanın o vaxtkı prezidenti Pərviz Müşərrəf onu əfv edbi, amma 2009-cu ilə qədər ev dustağı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3376

Oxşar yazılar