Türkiyəli tanınmış videobloger Ruhi Çenet dünyanın ən isti bölgəsinə gedib.
Dəşti-Lüt səhrasına gedən videobloger deyib ki, bu səhrada torpağın səthində temperatur 70 dərəcəyədək yüksəldiyi üçün dünyadakı ən isti quru sahəsidir.
51 800 kvadrat kilmotr ərazini əhatə edən səhrada bir çox müəmmalı yerlər var.
Dəşti-Lüt üzərində heç bir canlı olmadığı iddia edilən vulkanik qayalarla örtülmüş geniş bir ərazidir.
Videobloger bildirib ki, səhraya çatmazdan əvvəl insanları artıq xarabaya çevrilmiş karvansaray qarşılayır.
Videoda bildirilib ki, səhraya getdikləri yol qeydə alınır. Buna səbəb onları başına pis hadisə gəlsə və ya itsələr, dərhal yanlarına gəlmək üçün birinci avtomobili izləyən dəstək komandasının onların yanına gələ bilməsidir.
Dəçti-Lüt dünyanın ən quru bölgələrindən biri kimi qəbul edilir. İl ərzində bu əraziyə 30 mm-dən az yağış yağır. Bu ərazidə həm də çox sayda qurumuş duzlu göllər var.
Səhranın mərkəzi hissəsində isti temperaturda çöldə 2 dəqiqədən çox qalmaq insanın əlləri daxil olmaqla bədəninin heç bir yeri açıqda olmamalıdır.
Videobloger deyib ki, temperaturun çox yüksək olması, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, həm də texnoloji cihazların, termomterlərin də işləməsiniə mane olur.
Burada digər bir çətinlik isə qumdan gözə əks olunan günəş şüalarının görməni çətinləşdirməsidir. Qumlar istidən qovrulur.
Qandom Beryan səhranın ən qızmar hissəsidir. Bu ad farscadan tərcümədə “qovrulmuş buğda” mənasını verir. Əfsanəyə görə, bu ərazidə buğda yüklərini qoyub gedən adamlar yüklərini götürmək üçün qayıdanda taxılları qovrulmuş vəziyyətdə tapıblar.
İyun, iyul və avqust aylarında səhraya səfər etmək İran hökuməti tərəfindən qadağan olunub. (Ölkə.az)