“Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının 17-ci dəfə illik reytinqini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, birincı sırada onuncu ildir dalbadal Almaniyanın kansleri Angela Merkeldir. İkinci yeri 2019-cu ilin reytinqində olduğu kimi, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard tutur.
“Forbes” üçüncü yeri reytinqin yenisinə - ABŞ-ın gələcək vitse-prezidenti Kamale Harrisə verib. Yeni reytinqdə ümumilikdə 17 yeni iştirakçı var.
“Forbes”in siyahında Rianna (69-cu yer), Beyonse (72-ci yer), Ava DyuVerney (79-cu yer), Teylor Svift (82-ci yer) və RizUizerspun (92-ci yer) də var.