06:18 25 yanvar 2021

Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alındı

Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.
 

# 450
avatar

Oxşar yazılar