SİPRİ
14 mart 2022 03:55 (UTC +04:00)

SİPRİ

Dünyada silah ticarəti 4,6% azalıb - SIPRI

0

Əvvəlki 5 illə müqayisədə 2017-2021-ci illərdə qlobal silah ticarəti 4,6% azalıb.

Lent.az-ın xəbərinə görə, bu barədə SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) son hesabatında bildirilib.

Hesabata görə dünyanın əsas silah ixracatçıları dəyişməz olaraq qalır: ABŞ və Rusiya. Hesabat dövründə Avropa və Okeaniya regionuna silah satışı artıb. 

Silah idxalı Avropada 19, Şərqi Asiyada 20, Okeaniyada isə 59% artıb

Dünyanın ən böyük silah ixracatçısı olan ABŞ son 5 ildə bazardakı payını 32%-dən 39%-ə qaldıra bilib.  Bu ölkənin əsas müştərisi Səudiyyə Ərəbistanıdır. 

Hesabat dövründə Rusiyanın silah ixracı 26% azalsa da, şimal qonşumuz dünya silah ticarətində 19%-lə ikinci yerdədir. Rus silahının əsas müştəriləri Hindistan, Çin, Əlcəzair və Misirdir.  Rusiyanın ümumi ixracının 73%-i bu 4 ölkənin payına düşür. 

Silah bazarında üçüncü mövqedə isə 11%-lik payla Fransa dayanır. Siyahıda dördüncü yerdə Çin, beşinci yerdə isə Almaniya qərarlaşıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar