Dünyada mənşəyi məlum olmayan xəstəlik yayılır
14 iyul 2022 01:46 (UTC +04:00)

Dünyada mənşəyi məlum olmayan xəstəlik yayılır

0

Dünyada mənşəyi məlum olmayan hepatitlə bağlı 1 010 hal aşkar edilib. 

Lent.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qurum bildirir ki, 22 halda xəstəlik ölümlə nəticələnib. 

Mənşəyi məlum olmayan hepatitin ilk kütləvi yayılması aprelin 5-də Böyük Britaniyada qeydə alınıb. Xəstəlik əsasən 10 yaşlı uşaqlar arasında yayılır.  Dünyada qeydə alınmış xəstələrdən 484-ü Avropadadır ki, bunlardan 272-si Britaniyanın payına düşür. Xəstəlik sayına görə ikinci yerdə isə 435 nəfərlə Amerika gəlir. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1822

Oxşar yazılar