2019-cu ilin dekabrından indiyədək dünyada yeni növ koronavirusdan ölənlərin sayı 5,8 milyon nəfəri keçib.
Lent.az-ın xəbərinə görə, ölüm sayına görə ilk yerdə ABŞ gəlir. Bu ölkədə indiyədək Covid-19-dan ölənlərin sayı 916 000 nəfəri keçib. Pandemiya dövründə Braziliyada 637 min, Hindistanda isə 508 mindən çox insan dünyasını dəyişib.
Hər 100 000 nəfərə düşən ölüm sayına görə isə ilk yerdə 628 nəfərlə Peru gəlir. Növbəti yerlərdə Bolqarıstan (486 nəfər), Bosniya (451), Macarıstan (435) və Monteneqro (416) gəlir.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, pandemiya qurbanlarının real sayı rəsmi statistikada göstəriləndən 3 dəfə çoxdur. Bunu bəzi ölkələrdə ölümlərin son 2 ildə kəskin artması sübut edir.