Dünyada güclü zəlzələlərin baş verməsinin səbəbi nədir?
20 noyabr 2023 10:38 (UTC +04:00)

Dünyada güclü zəlzələlərin baş verməsinin səbəbi nədir?

Seysmoloqlar dünyada baş verən güclü zəlzələlərin səbəbini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, yeraltı təkanlar əsrlər əvvəl baş vermiş güclü zəlzələlərin davamı ola bilər.

Yeni bir araşdırma müasir zəlzələlərlə keçmişdə baş vermiş güclü təkanlar arasındakı əlaqəyə yönəldilib.

Belə ki, bir qrup elm adamı Şimali Amerika tarixindəki üç ən böyük zəlzələni təhlil edərək, bu hadisələrin hələ də davam edən afterşoklar şəklində öz izini qoyduğunu irəli sürüb. Bütün bu hadisələr materik daxilində, tektonik plitə sərhədlərindən uzaqda baş verib, lakin yenə də seysmik aktivliyə səbəb olur. Tədqiqatın nəticələri göstərir ki, əsas təkanın ölçüsündən və yerindən asılı olaraq, regionda baş verən müasir zəlzələlərin 10%-dən 65%-ə qədəri ehtimal olunan afterşoklardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044
avatar

Arzu Qurbanlı

Oxşar yazılar