Dünya növbəti pandemiyaya hazırlaşmalıdır -  BMT-dən ÇAĞIRIŞ
17 yanvar 2022 21:48 (UTC +04:00)

Dünya növbəti pandemiyaya hazırlaşmalıdır - BMT-dən ÇAĞIRIŞ

BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumu (WEF) zamanı bütün ölkələri növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

Lent.az-ın məlumatına görə, A.Quterreş videomüraciətində deyib ki, hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) profilini yaratmaqla növbəti pandemiyaya hazırlaşmaq zərurəti yaranıb.

O, həmçinin, mövcud koronavirusa qarşı ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırış edib.

Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd etməyi strategiya kimi qarşıya qoymuşdu: "Biz bu hədəflərdən uzağıq. Bu, utancvericidir. Yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar