Potensial təhlükə növünə aid edilən asteroid bu gün Yer kürəsinə yaxınlaşacaq.
APA TV xəbər verir ki, bu barədə məlumatı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yayıb.
Məlumata əsasən, asteroid bu gün yerli vaxtla 19:10-da Yür kürəsinə təqribən 3,4 milyon kilometr məsafədə yaxınlaşacaq.
NASA həmçinin qeyd edib ki, asteroidin sürəti saniyədə 26 kilometrdir və ölçüləri 400-dən 1300 metr təşkil edir.