Dubayda İranın hücumlarını lentə alan onlarla ingilis  saxlanıldı
30 mart 2026 13:40 (UTC +04:00)

Dubayda İranın hücumlarını lentə alan onlarla ingilis saxlanıldı

0

Təxminən 70 Böyük Britaniya vətəndaşı Birləşmiş Ərəb Əmirlikləri ərazisində İranın atdığı raketlərdən sonra yaranan dağıntılar foto və videolarını çəkdiklərinə görə “sərt qanunlar” çərçivəsində saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Dubayda yaşayan hüquq müdafiəçisi Radha Stirlinqin hesablamasına görə, bu rəqəm 50-70 nəfərdən çoxdur:

“Düşünürəm ki, ilin sonuna qədər bu say xeyli artacaq – bəlkə 100, hətta 150 nəfərə çata bilər”.

Bununla belə, “Foreign, Commonwealth & Development Office” (FCDO) bildirib ki, hazırda yalnız “az sayda” Böyük Britaniya vətəndaşına bu məsələ ilə bağlı konsulluq yardımı göstərilir. Qurumun sözçüsü qeyd edib ki, Britaniya səfiri Əmirliklər hakimiyyəti ilə saxlanılan şəxslərin işi üzrə əlaqə saxlayır.

Məlumata görə, hazırda beş britaniyalı bu ittihamlarla saxlanıldıqdan sonra konsulluq dəstəyi alır və onların bəziləri artıq azad edilib.

Radha Stirlinq əlavə edib ki, bir çox britaniyalı sadəcə öz təhlükəsizlikləri ilə bağlı xəbərləri paylaşdıqları üçün saxlanılıb. Bu hadisələr İran tərəfindən ABŞ və İsrailin zərbələrinə cavab olaraq Fars körfəzi regionundakı qonşu ölkələrə raket və pilotsuz aparat hücumları həyata keçirildikdən sonra baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar