Dubay Əmirliyi spirtli içkilərə tətbiq edilən 30%-lik vergini ləğv edib.
Lent.az-ın xəbərinə görə, indiyədək Dubay pivənin ən baha olduğu ölkə hesab edilirdi. Burada yarım litr pivə təxminən 30 manatdır. Bundan əlavə, spirtli içki satışı yalnız otel və restoranlarda xüsusi icazə ilə mümkündür. Amerikalı mütəxəssislərin fikrincə, əmirlik bu yolla ölkəyə daha çox qərbli turist cəlb etmək istəyir.