Rusiyanın Saratov vilayətinin Engels şəhərində ana 5 yaşlı körpəsinə çoxsaylı bıçaq zərbəsi vurub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ananın vəhşiliyi yerli sakinlərin hiddətinə səbəb olub.
Hazırda azyaşlı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Həkimlər uşağa döş qəfəsinin, qarının, boyun nahiyəsinin deşilmiş, kəsilmiş diaqnozunu qoyub.
Anaya qarşı köməksiz vəziyyətdə olan azyaşlının öldürülməsinə cəhd maddəsi ilə cinayət işi aşılıb.