Doğum zamanı DƏHŞƏT:  həkim uşağın başını kəsdi
09 may 2023 18:15 (UTC +04:00)

Doğum zamanı DƏHŞƏT: həkim uşağın başını kəsdi

Braziliyanın Minas-Jerais əyalətində dəhşətli hadisə baş verib. Sözügedən hadisənin təfərrüatları qan dondurularkən dünya mətbuatının gündəminə çevrilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ranielly Coelho Santos doğum etmək üçün yerli xəstəxanaya gedib. Rutin müayinələrdən sonra doğuşa hazır olan qadın dəqiqələr sonra dəhşət yaşayıb. Doğuş zamanı adı açıqlanmayan qadın tibb işçisinin doğuşa yaxından nəzarət etmək üçün qızın atasına zəng etdiyi bildirilir.

Atanın bütün bunların şahidi olduğu doğuş zamanı tibb işçisi səhvən körpənin başını kəsib. Ailə körpəni ananın bədənindən daha tez çıxarmaq üçün belə bir şey etdiyini iddia edən işçidən şikayət edib.

Kədərli ata körpəsinin ilk anlarda sağ olduğunu, gözlərini və üz əzələlərini hərəkət etdirdiyini, lakin sonradan faciəvi şəkildə həyatını itirdiyini bildirib.

Polisdən verilən açıqlamada hadisə ilə bağlı araşdırmaların davam etdiyi, körpənin dəfn mərasiminin bütün xərclərini xəstəxananın qarşılayacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3261
avatar

Oxşar yazılar