Futbol üzrə İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhem 12 saatdan çox növbəyə dayanıb.
Lent.az xəbər verir ki, o, kraliça II Elizabet ilə vidalaşmaq üçün on minlərlə həmyerlisi ilə birlikdə Westminster Hall qarşısında gözləyib.
Keçmiş futbolçunun sözlərinə görə, o gecə saat ikidə əraziyə gəlib. O düşünüb ki, həmin vaxt gəlsə vida üçün növbə gözləməyəcək.
“Kraliçanın ölümü millət üçün ağırdır. Bunu hamı hiss edir. Bizim fikrimiz kral ailəsindədir”, - deyə Bekhem bildirib.
47 yaşlı Devid Bekhem vida mərasiminə qara kostyum və qara papaqda gəlib.