Deputat: “Almaniya ordusu ölkəni qorumağa hazır deyil”
30 mart 2022 02:35 (UTC +04:00)

Deputat: “Almaniya ordusu ölkəni qorumağa hazır deyil”

0

Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komissarı Eva Höql orduya dair illik hesabatını yayıb.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, hesabatda ordudakı ciddi çatışmazlıqlar qeyd olunub. 

Liberal deputat Markus Faber bildirib ki, hücum təhlükəsi zamanı silahlı qüvvələr Konstitusiya ilə müəyyən edilmiş vəzifəsini – ölkənin müdafiəsini lazımi səviyyədə icra etməyə hazır deyil. Donanmaya məxsus binaların yalnız 30%-i tam işlək vəziyyətdədir. HHQ-nə məxsus təyyarələrin əksəriyyəti uçuşa hazır deyil. Quru qoşunlarına məxsus 350 “Puma” zirehli transportyorunun yalnız 40-ı döyüşə hazır vəziyyətdədir. Şəxsi heyət çatışmazlığı da ciddi hiss olunur. 1990-cı ildə sayı yarım milyona çatan orduda indi 180 000 nəfər xidmət edir.

Deputatın fikrincə, ordunu tam müasir səviyyəyə çatdırmaq üçün böyük maliyyə və 8 il vaxt lazımdır. Lakin silahlı qüvvələrə böyük həcmdə vəsait ayrılmasına qarşı çıxanlar da çoxdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1496

Oxşar yazılar