Hadisə ötən gün Böyük Britaniyada qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, Kardif şəhərində baş verən tıxac ticarət mərkəzindən çıxışı qeyri-mümkün edib. Sürücülər 3 saatadək avtomobildə gözləsələr də, heç bir irəliləyiş olmayıb. 2 minədək avtomobilin olduğu parkinqdə qalan sürücü Feysbukda yazıb: "2 saat ərzində cəmi 30 metr irəliləyə bildik".
Vəziyyətin ağır olduğunu görən sürücülərin çoxu avtomobili parkinqdə qoyaraq evə avtobusla gedib. Vəziyyət səhərə yaxın normallaşıb.