Dəhşətli istilərdən 13 nəfər  öldü
18 aprel 2023 11:23 (UTC +04:00)

Dəhşətli istilərdən 13 nəfər öldü

Hindistanda sərt istilər insan tələfatına səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin qərbindəki Maharaştra əyalətinin Navi Mumbay şəhərində ötən gün 38 dərəcə isti olub. Bu zaman açıq havada keçirilən tədbir zamanı çoxlu sayda insan günvurmadan huşunu itirib.

Günvurma nəticəsində 30-64 yaş aralığında 9-u qadın olmaqla 13 nəfər ölüb. 20 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Hindistanın əksər yerlərində havanın temperaturu 40 dərəcədən yuxarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar