Dəhşətli anlar: Köpəkbalığı turistə hücum etdi
09 iyun 2023 05:48 (UTC +04:00)

Dəhşətli anlar: Köpəkbalığı turistə hücum etdi

Misirin Hurqada şəhərində çimərlik yaxınlığında köpəkbalığı turistə hücum edib.

Lent.az xəbər verir ki, hadisə sahildən təxminən 30 metr aralıda digər istirahət edənlərin gözü qarşısında baş verib.

Hadisə şahidləri dəhşət yaşayıblar, turistlərin heç biri suya buraxılmır. Qonşu otellərin çimərliklərində də oxşar vəziyyət olduğu bildirilir. 

Məlumata görə, son bir neçə gün ərzində bir çoxları köpəkbalığının üzgəcini görsələr də, istirahət edənlər və xilasedicilər onun delfin olduğunu zənn ediblər.

İnsidetdən qısa müddət sonra qatil köpəkbalığının tutularaq zərərsizləşdirildiyi qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Oxşar yazılar