Türkiyədə dəhşətli cinayət hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Şanlıurfa şəhərində baş verib. Küçənin ortasında bir sürücü ilə ailə arasında dava düşüb. Bundan sonra sürücü maşınla ailənin üstündən 3 dəfə keçib.
Həmin anlar yaxınlıqda olan şəxslər tərəfindən telefon vasitəsilə lentə alınıb.
Polis davada iştirak edən 6 nəfəri saxlayıb, araşdırma aparılır.
Görüntüləri təqdim edirik: