DƏHŞƏT!  Avtobus körpüdən aşdı, 45 nəfər öldü, təkcə 8 yaşlı qız  sağ qaldı
29 mart 2024 01:47 (UTC +04:00)

DƏHŞƏT! Avtobus körpüdən aşdı, 45 nəfər öldü, təkcə 8 yaşlı qız sağ qaldı

Cənubi Afrikada avtobusun körpüdən aşması nəticəsində azı 45 nəfər həlak olub. 

Lent.az xəbər verir ki, bu barədə “SABC” radiosu məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında Limpopo əyalətində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus körpüdən aşaraq Mokopane və Marken arasındakı dərəyə yuvarlanıb.

Nəticədə 45 nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

Ölkənin nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, təkcə səkkiz yaşlı qız sağ qala bilib və xəstəxanaya aparılıb. Daha bir qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, avtobusda olan sərnişinlər Moriya kilsəsində Pasxa konfransı üçün Saint-Engenas şəhərinə gedən zəvvarlar olub.

# 2484
avatar

Oxşar yazılar