Nigeriyada daşqınlar nəticəsində minlərlə insan evini tərk edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə daşqınlar nəticəsində azı 300 nəfər ölüb.
100 minə yaxın insan hazırda müvəqqəti sığınacaqlarda yaşayır.
Daşqın yarım milyona yaxın insana ziyan vurub, Nigeriyanın 36 əyalətindən 27-də, eləcə də paytaxtında infrastruktur və əkin sahələri məhv olub.