Braziliyanın Petropolis şəhərində leysanın səbəb olduğu daşqında ölənlərin sayı 153-ə keçib.
Lent.az-ın xəbərinə görə, ötən axşamkı statistikada göstərici 137 nəfər idi. Həyatını itirənlərdən 27-ci uşaqdır.
Xilasedicilər dağıntıların altından 24 nəfəri xilas edə biliblər. 165 nəfər itkin hesab edilir. Təbii fəlakət zonasına 500-dək xilasedici, 200 polis, həmçinin ordu və ağır texnika cəlb olunub. Güclü duman xilasetmə işlərini çətinləşdirir.