Cənubi Afrika Respublikasının cənubunda daşqın nəticəsində azı altı nəfər, o cümlədən polis dalğıc bölməsinin üzvü həlak olub.
Lent.az-ın məlumatına görə, bu barədə Şərqi Keyp vilayətinin rəhbəri Oskar Mabuyan bildirib.
O.Mabuyan bölgədə leysan yağışlarının davam etməsilə bağlı əhalini daha diqqətli olmağa çağırıb.
Qeyd edək ki, yanvarın 8-də ölkənin İst-London şəhəri və ətraf bölgələrdə güclü leysan yağıb. Bir neçə saat ərzində sözügedən ərazilər su altında qalıb. Yüzlərlə ev dağılıb.