Cənubi Afrikanın 4 futbol klubu ölkə çempionatının dördüncü divizionunda danışılmış oyunlara görə qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu klublardan ikisi turnirdə qələbə qazansa da, digər ikisi məğlub olub.
Aparıcı “Matiyasi” klubu ilə “Nsami Mayti Berds”lə oyunda hesab 1:59 olub. Məğlub komandanın oyunçuları öz qapılarına 41 qol vurub.
Digər matçda “Şivulani Tayqers” klubu isə “Kotoko Happi Boys”u 33-1 hesabı ilə məğlub edib. Bu oyunda isə 7 avtoqol qeydə alınıb.
Avtoqollar zamanı şübhəli epizodlar diqqətdən qaçmayıb.