Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.
Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.
Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.
Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.