Türkiyədə narkoman ər uşağının gözü önündə arvadını bıçaqlayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İzmirin Buca qəsəbəsində qeydə alınıb.
Hadisə azyaşlı uşaqlarının gözləri önündə baş verib. Qısqanclıq zəminində Feyzi Duran arvadı Aysel Pergünü əvvəlcə döyərək başında şüşə sındırıb. Daha sonra isə onu hamama salıb və nə az, nə çox 104 bıçaq zərbəsi vurub.
Hadisədən xəbər tutan qonşular dərhal təcili yardıma zəng ediblər. Yaralı qadın xəstəxanaya aparılıb və ölümdən xilas edilib.
F. Duran saxlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkmiş qadın ərinin narkotik aludəçisi olduğunu iddia edib.