Dağıntılar altından mesajlar, yardım istəyəni ƏLƏ SALDILAR
07 fevral 2023 10:12 (UTC +04:00)

Dağıntılar altından mesajlar, yardım istəyəni ƏLƏ SALDILAR

Türkiyədəki fəlakət zəncirində sosial media ilk yardım kanalı oldu. Dağıntılar altında qalanlar sosial şəbəkələrdə yerlərini və düşdükləri vəziyyəti bildirən mesajlar göndərib. Polis bütün mesajları qiymətləndirərək bölgədəki qruplara məlumat verməyə və köməklik göstərməyə çalışıb...

Lent.az xarici KİV-ə istinadən həmin paylaşımlardan bir qismini təqdim edir:

Canlı yayım açdılar...

Hatayda dağıntılar altında qalan Fırat Yayla adlı gənc sosial media hesabından canlı yayım açaraq kömək istəyib. Fırat Yayla canlı yayımda həm kömək çağırmağa, həm də ailəsinin vəziyyətini nəzarətdə saxlamağa çalışıb. Canlı yayımda Yayla “Xahiş edirəm kömək edin, evim zəlzələdə dağıldı, ana yaxşısan ana? Dostlar, zəlzələnin altında qaldıq. Ana, lütfən, “bir yerdə gizləndim” deyin. Hatay Antakya, Güçlü Bahçe küçəsində yıxılan bir binamız var, lütfən kömək edin'' sözləri eşidildi.

Fırat Yaylanın yayımını sosial media hesablarında paylaşan yüzlərlə insan dağıntılar yerinə qrupların göndərilməsini təmin edib.

"Biz üç nəfərik kömək edin"...

Adanada dağılmış binanın altında 2 dostu ilə qalan vətəndaş mobil telefonu ilə çəkdiyi görüntüləri sosial media hesabında paylaşaraq “Kömək edin. Seçkinlər Saytı C Blok. Bələdiyyə binasının qarşısındayıq. Biz dağıntılar altındayıq. Dostumuzdan heç bir səs gəlmir. Xahiş edirəm bunu eşidənlərə kömək edin. Biz 3 nəfərik, ofisdəyik. Xahiş edirəm kömək edin. Enes Çiftçioğlu, Kadir Alkankılıç, mən. Xahiş edirəm kömək edin”, - deyə o, kömək istəyib.

Haluk Leventi işarələdilər...

Hatayda dağıntılar altında qalan Aysel adlı vətəndaş sosial media hesabında Ahbap Dərnəyinin qurucusu Haluk Leventi tag edərək “Məni xilas et” mesajını göndərib. İzləyicilərinə cavab verən Haluk Levent, “Əziz Aysel! Şarjınızı qoruyun. “Dostum, Hatay yoldadır” yazıb.

- Zəlzələdə dağıntılar altında qalan gənc internetdə Discord serverində kömək istəyib. Daha əvvəl fırıldaqçılıqla gündəmə gələn "atatv44" adlı qrup üzvləri dağıntılar altında kömək gözləyən gənci ələ salıblar. AFAD zabiti olduqlarını deyərək guya ünvan məlumatı istəyəcək, komanda göndərəcəkmiş kimi ələ salıblar. Kömək istəyən gənclə vicdansızlar arasında belə söhbətlər olub:

-Hal-hazırda haradasan?

-Pınar Mənzildə.

- Dağıntılar altındasınız?

- Bəli, biz neft idarəsi ilə üzbəüzyik.

- Qışqırıram səsimi eşidirsən...

- Qışqırıram, indi səsimi eşidirsən... fit çaldım.

- Mən eşidə bilmirəm

- Meqafonla qışqıracam, bir dəqiqə; Ətrafda uşaqlar varmı... (Gülüş...)

- Hələ də eşitmirəm, çox üşüyürəm...

Sosial mediada hiddət yaradan hadisədən sonra təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə "atatv44" adlı qrupun üzvü S.A. saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12