Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların axtarışları davam etdirilir.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə iki yaşlı uşağın dağıntılar altından çıxarılan zaman ürəkağrıdan görüntüləri yayılıb.
İki yaşlı Məhəmməd 44 saat sonra xilas edilib. Möcüzəvi şəkildə tapılan uşağa həmin an ona kiçik qapaqda su içizdirilib. Suyu görüb sevinən uşağın gözlərindəki qorxu və kədəri videoya belə yansıyıb.
Görüntüləri təqdim edirik: