Alp dağlarında qar uçqunu nəticəsində dörd nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.
Eyni zamanda qeyd edilir ki, bir neçə nəfər də xəsarət alıb.
Axtarış-xilasetmə işlərinə iki helikopter, xilasedicilər və texnika cəlb edilib.