Türkiyədə son dövürlərdə ölkəni əhatə edən quraqlıq səbəbilə bütün məscidlərdə yağış duası oxunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş tutan cümə namazı sırasında ölkənin diyanət işləri qurumu tərəfindən hazırlanan "Su: həyat və şəfa qaynağımız" adlı xütbə oxunub.
Sudan istifadə zamanı israfçılığa yol verməməyin vacibliyi vurğulanıb.
Namazdan sonra isə yağış duası edilib.