Dünyada koronavirus infeksiyasına (SARS-CoV-2) yoluxma hallarının sayı 200 milyonu keçib.
APA xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Təşkilatın saytında dərc olunmuş 5 avqust Bakı vaxtı ilə saat 20:08-ə olan məlumata görə, dünyada 200 174 883 nəfər koronavirusa yoluxub, 4 255 892 nəfər isə bu virusun qurbanına çevrilib. Virusa yoluxmuş insanların sayı gün ərzində 658 630, ölənlərin sayı isə 10 215 nəfər artıb.
ÜST-ün statistikasına əsasən, təsdiqlənmiş yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb – 35 125 227. Onun ardınca Hindistan (31 812 114), Braziliya (19 985 817), Rusiya (6 379 904), Fransa (6 068 252), Böyük Britaniya (5 952 760), Türkiyə (5 822 487), Argentina (4 961 880), Kolumbiya (4 807 979), İspaniya (4 545 184), İtaliya (4 369 964) və İran (4 019 084) gəlir.
Ən çox ölüm halları da ABŞ-da müşahidə edilib – 609 613, ikinci yerdə Braziliya (558 432), üçüncü yerdə Hindistandır (426 290). Siyahını Meksika (241 936), Peru (196 598), Rusiya (162 509), Böyük Britaniya (130 000), İtaliya (128 136), Kolumbiya (121 484), Fransa (110 969), Argentina (106 447) və İndoneziya (102 375) davam etdirir.