“İkinci Dünya müharibəsi ərəfəsində Avropada yəhudilərə qarşı aparılan linç və nifrət kampaniyasının eynisinə bu gün müsəlmanlar məruz qalır”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, islam və müsəlman düşmənçiliyi Avropa ölkələrində şəxsən dövlət başçıları səviyyəsində himayə edilən bir siyasətə çevrilib.