Tramp: "Qarşıdakı iki həftə çox təhlükəlidir"
01 aprel 2020 10:04 (UTC +04:00)

Tramp: "Qarşıdakı iki həftə çox təhlükəlidir"

Ağ Ev Koronavirusla Mübarizə Qrupunin rəhbəri olan ABŞ prezidenti Donald Tramp ölkədəki son durum haqqında fikir bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti qarşıdakı günlərin daha da çətin olacağını açıqlayıb:

“Qarşıdakı 2 həftə çox təhlükəlidir. Hər kəs fədakarlıq etməyə məcburdur və dəyişikliklər gələcəyə təsir edəcək. Virusla mübarizəmiz ölkə olaraq, sevgi və birliyimizin göstəricisidir. Əlləri tez-tez yumaq, bir-birimizdən uzaq durmaq, əl ilə görüşməmək gələcəkdə bizi viruslardan qoruyacaq. Aprelin 30-a qədər karantinə əməl etmək ölüm-qalım məsələsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Mehman Nəbiyev

Oxşar yazılar