Bişkekdə etirazlar: Yaralı sayı 590-a çatdı, ölən var
06 oktyabr 2020 08:47 (UTC +04:00)

Bişkekdə etirazlar: Yaralı sayı 590-a çatdı, ölən var

 

Qırğızıstanın paytaxtı Bişkekdə başlayan kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 590 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

“Onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - məlumatda belə deyilir.

***

Saat 02:54

Qırğızıstanın paytaxtı Bişkekdə nümayişçilərlə polislər arasındakı baş vermiş qarşıdurmalar nəticəsində 130-dək insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “TASS”-a ölkənin Səhiyyə Nazirliyidən bildirilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, təxminən 130 nəfər şəhər xəstəxanalarına yerləşdirilib”, - məlumatda belə deyilir.

Məlumata görə, daha onlarla insana ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya getməkdən imtina ediblər.

Bişkekdə aksiyalar oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra başlayıb. Şəhərin mərkəzində seçkilərin nəticəsi ilə razılaşmayan nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar dörd saatdan çoxdur davam edir. Şəhərdə partlayışlar və atəş səsləri eşidilib. Polis etirazçıları dağıtmaq üçün su şırnaqları, rezin güllələr və işıqsaçan qumbaralardan istifadə edib. Etirazçılar isə polis əməkdaşlarına daş atıblar. Bir polis maşınının yandırıldığı, altı təcili tibbi yardım maşınına ziyan dəydiyi bildirilir.

Xatırladaq ki, oktyabrın 5-də səhər saatlarında parlament binasının və dövlət başçısı administrasiyasının yerləşdiyi Bişkekin mərkəzi meydanında mitinq başlayıb. Mitinq seçki nəticələrinə əsasən qanunverici orqana daxil ola bilməyən partiyaların nümayəndələri iştirak ediblər. Onlar nəticələrin ləğv edilməsini və səsvermənin yenidən keçirilməsini tələb ediblər. Bununla əlaqədar olaraq 12 partiyanın liderləri seçki nəticələrinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına imza toplayıblar.

Axşam saatlarınadək aksiyalarda təxminən 6 minə yaxın etirazçı toplaşıb. Ölkənin sabiq prezidenti və həbsdə olan Almazbek Atambayevin oğlu Seyitbek Atambayev etirazçıların arasındadır. O, seçkilərdə məğlub olan partiyalardan birinin - Qırğızıstan Sosial Demokrat Partiyasının lideridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar