“Onu addımbaaddım izləyirdik” – Azərbaycanlı tələbənin qatili Belarusa qaçmaq istəyirmiş
23 iyun 2020 12:32 (UTC +04:00)

“Onu addımbaaddım izləyirdik” – Azərbaycanlı tələbənin qatili Belarusa qaçmaq istəyirmiş

Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbə Timur Qavrilovun qətlində şübhəli bilinən Vadim Vasilyevin həbsinin təfərrüatları bəlli olub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Vasilyev Smolensk şəhərində saxlanılıb. Volqoqrad vilayəti İstintaq Komitəsinin sədri Vasili Semyonovun dediyinə görə, Vasilyev izi azdırmaq üçün əvvəlcə Volqoqraddan Rostov şəhərinə gedib.

“O, Bir gün orda qaldıqdan sonra Smolenskə gəlib. Biz onu addımbaaddım izləyirdik. Smolenskdə taksiyə əyləşəndə həbs etdik. O, Smolenskdən Belarusa, daha dəqiqi Minskə keçmək niyyətindəydi. Vasilyevin yaxalanmasında Smolensk polisinin göstərdiyi yüksək peşəkarlığı xüsusi qeyd etməliyik. Hazırda ehtimal olunan qatilin dindirilməsinə başlanılıb. Onun qətlin hansı səbəbdən törətdiyi müəyyənləşdirilir. Regionumuzda böyük rezonanas doğurmuş bu qətl barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4048
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar