Çinin Siçuan regionunda 6,1 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın Çinin Seysmik Şəbəkə Mərkəzinə istinadla məlumatına görə, yeraltı təkanlar 17 km dərinlikdə dağlıq zonada baş verib.
Zəlzələ nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Zərərçəkənlərin sayının artacağı istisna olunmur.