Çində robot insan rekordunu  üstələdi
05 may 2026 06:33 (UTC +04:00)

Çində robot insan rekordunu üstələdi

0

Pekində keçirilən beynəlxalq yarımmarafonda “Tsityan Daşen” kollektivinə məxsus “Şandyan” (“İldırım”) humanoid robotu 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək insana məxsus dünya rekordunu üstələyib.

Bu barədə Lent.az TASS agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, bu məsafə üzrə insan rekordu 56 dəqiqə 42 saniyə təşkil edir. Ümumilikdə tədbirdə 12 minə yaxın insan və 100 müxtəlif komanda tərəfindən təqdim olunan, beşi xarici olmaqla, təxminən 300 insanabənzər robot iştirak edib. Robotlar məsafəni insanlarla birlikdə, lakin onlar üçün ayrılmış xüsusi zolaq üzrə qət ediblər.

Qeyd olunub ki, yarışda komandaların təxminən 40 faizi avtonom robotlardan istifadə edib. Digər robotlar isə məsafədən idarə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar