Çində qəzaya uğrayan təyyarədəki sərnişinlərin cəsədləri tapılmır
22 mart 2022 11:26 (UTC +04:00)

Çində qəzaya uğrayan təyyarədəki sərnişinlərin cəsədləri tapılmır

0

Martın 21-də Çinin cənubunda qəzaya uğrayan “China Eastern Airlines”a məxsus Boeing 737 təyyarəsində sağ qalanları və ya sərnişinlərin cəsədlərini xilasedicilər hələ də tapa bilməyiblər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanalın xilasedicilərə istinadən verdiyi məlumata görə, təyyarənin qalıqları hadisə yerində tapılıb, lakin itkin düşən sərnişinlər və ekipaj üzvləri hələ də tapılmayıb.

Televiziyada yayımlanan görüntülərə görə, xilasedicilər həmçinin bəzi şəxsi əşyaları, xüsusən də yanmış pulqabı və sənədləri tapmağa nail olublar. Aviaşirkət bundan əvvəl təyyarədə əcnəbi sərnişinlərin olmadığını bildirmişdi.

Telekanalın məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Hava şəraiti axtarışları çətinləşdirir.

Qəza zamanı təyyarədə 132 nəfərin olduğu bildirilir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1553

Oxşar yazılar