Cinayətkar qruplar toqquşdu, 20 sakin öldü
24 iyul 2022 03:01 (UTC +04:00)

Cinayətkar qruplar toqquşdu, 20 sakin öldü

Haitinin Ptit Rivyer kommunasında cinayətkar qruplaşmalar arasında baş verən toqquşmada azı 20 nəfər ölüb.

Lent.az-ın xəbərinə görə, bu barədə TeleSUR kanalına hüquq müdafiəçiləri məlumat veriblər. 

Toqquşma qurbanlarının əksəriyyəti cinayətlə əlaqəsi olmayan yerli sakinlərdir. 

Ötən həftə hüquq müdafiəçiləri bildirmişdilər ki, cinayətkar qruplaşmaların toqquşmaları 300 nəfərin həyatına son qoyub. Paytaxt Port-o-Prensin ətraf məhəllələrində sakinlər evlərini tərk edə bilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar