ABŞ-yə bağlı Puerto-Riko dövlətinin bir sıra bələdiyyələrində polisin narkotik və silah alveri şəbəkələrinin zərərsizləşdirilməsi üzrə keçirdiyi əməliyyat nəticəsində azı 380 nəfər saxlanılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Primera Hora” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə reydlər nəticəsində adada 12 cinayətkar qruplaşmanın fəaliyyəti dayanıb. Əməliyyatlar zamanı hüquq-mühafizə orqanları 80-ə yaxın odlu silah, 50-dən çox avtomobil və 100 min dollara yaxın pul müsadirə edib.