Çin ordusu Tayvanı mühasirəyə aldı
08 aprel 2023 19:37 (UTC +04:00)

Çin ordusu Tayvanı mühasirəyə aldı

Çin ordusu onlarla təyyarə və gəminin iştirak etdiyi üç günlük təlimdə Tayvanı mühasirəyə almağa başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə BBC məlumat yayıb.

Nəşr qeyd edir ki, Çinin 71 hərbi təyyarəsi və doqquz döyüş gəmisi artıq Tayvan boğazının median xəttini - Tayvan və Çinin nəzarət zonalarının qeyri-rəsmi sərhədini keçib. Çin təlimi adanın hakimiyyət orqanlarına “ciddi xəbərdarlıq” adlandırıb.

Pekin vurğulayıb ki, təlimlərin əsas məqsədi Tayvana eyni vaxtda patrul və hücum təşkil etmək və bununla da “hərtərəfli mühasirəyə və çəkindirməni” təmin etməkdir.

Qeyd olunur ki, rəsmi məlumata görə, manevrlərə uzaqmənzilli raket artilleriyası, dəniz esminesləri, raket katerləri, qırıcı və bombardmançı təyyarələr cəlb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar