Ceyms Bondun 24 il öncə oğurlanmış avtomobili tapıldı
22 avqust 2021 05:03 (UTC +04:00)

Ceyms Bondun 24 il öncə oğurlanmış avtomobili tapıldı

0

"Art Recovery International" bərpa şirkətinin baş direktoru Kristofer Marinello Ceyms Bondun oğurlanmış avtomobilini aşkar edib.

Lent.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Məlumata görə, "Aston Martin DB5" avtomobili 1997-ci ildə Floridada oğurlanıb. O, Şon Konnerinin iştirakı ilə superxəfiyyə barəsindəki bir sıra filmlərdə istifadə olunub.

Şəxsi kolleksiyalardan birində saxlanılan avtomobilin hazırki qiyməti 15 milyon dollar səviyyəsində dəyələndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2029

Oxşar yazılar