ÇERNOBIL AES-lə BAĞLI SOS:  nüvə reaksiyaları yenidən güclənir... 
14 may 2021 03:12 (UTC +04:00)

ÇERNOBIL AES-lə BAĞLI SOS: nüvə reaksiyaları yenidən güclənir... 

Çernobıl Atom Elektrik Stansiyasının (AES) məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə yanacağının tərkibində parçalanma reaksiyaları güclənməyə başlayıb. 

Lent.az xəbər verir ki, AES-də müşahidə edilənlər dünya tədqiqatçılarını narahat etməyə başlayıb.

Yaranmış problemlə hazırda Böyük Britaniyanın Şeffild Universitetinin əməkdaşları məşğul olur. Alimlər bildiriblər ki, xüsusi böyük sarkofaq ilə əhatə olunmuş atom elektrostansiyasının daxilində gedən nüvə reaksiyalarının güclənməsi səbəbilə ikinci Çernobıl faciəsinin yaşanma riski böyükdür.

Məlumatda qeyd edilib ki, uran yanacağının qalıqlarında parçalanma proesi bərpa olunur: 

“Bu, manqalda közərən kömür parçalarına bənzəyir. Ehtimal ki, ukraynalı fiziklər reaksiyaların fərdi şəkildə dayanıb-dayanmayacaqlarını bilmirlər. Dayanmayacaqları halda ətraf mühit ilə əhalinin təhlükəsizliyi üçün vacib addımlar atmaq lazım olacaq. Neytronların artan aktivlikləri atom elektrostansiyasında quraşdırılmış xüsusi ötürücülər sayəsində qeydə alınıb. Lakin qəzanın baş verməmə ehtimalını 100 % hesab etmək olmaz”.

Xatırladaq ki, 35 il bundan əvvəl Çernobıl atom elektrostansiyasında neytronların səviyyələrinin yüksəlməsi müşahidə olunmuşdu. Görünür, baş vermiş ilk qəza nəticəsində gedən zəncirvari reaksiya hələ də davam edir. Hələ ki, ciddi sızıntı müşahidə edilməyib. Məsələ burasındadır ki, proses çox ləng şəkildə gedir. Lakin prosesi daha da ləngitmək olmazsa, deməli, istiliyin ayrılması təhlükəsi yaranır. İstilik isə öz növbəsində ətrafındakı materialları əridə bilər. Bu halda radioaktiv elementlərin ətraf mühitə yayılması riski var. Alimləri daha çox narahat edən isə ətraf ərazilərdə olan qrunt suları ilə çaylardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar