Çernobıl AES-in təcrid zonasında 30 yanğın qeydə alındı
24 mart 2022 07:15 (UTC +04:00)

Çernobıl AES-in təcrid zonasında 30 yanğın qeydə alındı

0

Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti  lokallaşdırlıb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

“NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir” – deyə nazir bildirib. 

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1473

Oxşar yazılar