Buryatlar Ukraynada döyüşməkdən imtina edirlər -  VİDEO
12 iyul 2022 13:24 (UTC +04:00)

Buryatlar Ukraynada döyüşməkdən imtina edirlər - VİDEO

Buryatlar Ukraynada döyüşməkdən kütləvi şəkildə imtina edirlər. Hətta onlar müqavilələrinə xitam verirlər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, döyüşməkdən imtina edən 150 nəfər öz vətənlərinə - Buryatiyaya qayıdıb.

Bu barədə “United News” telemarafonunun efirində Azad Buryatiya Fondunun rəhbəri Aleksandra Qarmajapova məlumat verib.

O, iddia edir ki, bu, Ukraynada döyüşməkdən imtina edənlərin yalnız bir hissəsidir.

"Bu gün, nəhayət, 150 hərbçinin olduğu təyyarə Buryatiyaya eniş etdi. Bunlar Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə müqaviləni pozan hərbçilərdir. Onların evə çatması çox uzun çəkdi. Bu yaxınlarda Buryatiyadan olan hərbçi arvadları müraciətlərində ərlərini başqa hərbçilərlə əvəz etməyi və onları Ukraynadan qaytarmağı xahiş ediblər, - Aleksandra Qarmajapova bildirib.

O qeyd edib ki, Ukraynada döyüşməkdən imtina edən Buryatiyadan olan hərbçilərin sayı 500 nəfərdir.

 

Buryatlar Ukraynada döyüşməkdən kütləvi şəkildə imtina edirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841

Oxşar yazılar