Burada pələnglər gündə bir adamı yeyirlər  - Xəbərdarlıq OLUNDU
20 may 2025 12:34 (UTC +04:00)

Burada pələnglər gündə bir adamı yeyirlər - Xəbərdarlıq OLUNDU

Hindistanın bir bölgəsində pələnglər 8 günə 8 nəfəri parçalayıblar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisələr Maharaştra ştatının Çandrapur rayonunda baş verib. Qurbanlar arasında Bhandkrna kəndindən olan 70 yaşlı Rişi Pendor kimi yaşlı insanlar da var.

Məlumata görə, kişi ruhi xəstəlikdən əziyyət çəkib. Hadisə baş verən gün o, naməlum səbəbdən meşəyə girib və orada pələngin hücumuna məruz qalıb. Kişini xilas etmək mümkün olmayıb.

Digər insident Vadhona kəndində 63 yaşlı Maroti Şendenin qara xurma yarpaqlarını toplamağa getməsi zamanı baş verib. Həkimlər onu xəstəxanaya çatdırsalar da, xilas edə bilməyiblər.

Hər iki halda ailələrə 50.000 rupi (təxminən 1000 manat) məbləğində kompensasiya ödənilib.

Səkkiz qurbandan altısı qadındır. Ötən il həmin rayonda cəmi 29 hadisə qeydə alınıb.

Yerli məmurlar, pələnglərin hücumlar etdiyi meşələrin yaxınlığında yarpaq yığmağın təhlükəsi barədə xəbərdarlıq edib. Yerli sakinlərə qrup halında işləmək və axşam saat 5-ə qədər evə getmək barədə çağırış edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26